Mehdiyevi yola salmağın ən rahat yolu: Akademiyanın Nizamnaməsi...

saytların hazırlanması

Evə çatdırılma

Mehdiyevi yola salmağın ən rahat yolu: Akademiyanın Nizamnaməsi...

Siyasət

04 Fevral 2022 10:16 13234


Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevlə bağlı məsələ son günlər mediada ən çox müzakirə olunan mövzudur. Akademiklər, elm adamları onu istefaya çağırırlar. Bu çağırışların nəticəsi bəllidir. Mehdiyev istefa verməyəcək. Bəs nə etməli?

“Yeni Sabah” bildirir ki, bunun ən asan yolu elə AMEA-nın öz Nizamnaməsində göstərilib. Həmin Nizamnaməyə görə AMEA-nın ali idarəetmə orqanı Akademiyanın Ümumi Yığıncağıdır. Qurumun prezidenti Akademiyanın Ümumi Yığıncağında seçilir və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. AMEA-nın prezidenti 5 il müddətinə seçilir.

Bəs, bu Ümumi Yığıncaq nədir? Ümumi Yığıncaq Akademiyanın həqiqi üzvlərindən, müxbir üzvlərindən və xarici üzvlərindən ibarətdir. Ümumi Yığıncaq onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.  pizza

Bu yığıncaqda Akademiyanın prezidenti, vitse-prezidentləri, akademik-katibi, Rəyasət Heyətinin digər üzvləri 2/3 səs çoxluğu ilə seçilir. 

Ümumi Yığıncaq azı ildə bir dəfə çağırılır və hər il aprel ayında keçirilir. Yığıncaqda bu və ya digər şəxslə bağlı məsələlər gizli səsvermə yolu ilə həll edilir. Akademiyanın Rəyasət Heyəti Ümumi Yığıncağın keçirilməsinə 3 ay qalmış onun vaxtını elan edir.

Və nəhayət Nizamnamədə belə bir müddəa da öz əksini tapıb ki, “Akademiyanın prezidenti zərurət yarandıqda öz səlahiyyətlərinin icrasını müvəqqəti olaraq vitse-prezidentlərdən birinə tapşırır”. Mehdiyevin xarakteri bu ehtimalı da gözardı edir.

Nizamnamədə deyilənləri belə izah edək ki, əgər növbədənkənar Ümumi Yığıncağın iclası çağırılmasa apreldə bu toplantı baş tutacaq. İndi həmin yığıncağın üzvlərinin 2/3-nin səs çoxluğu lazımdır ki, AMEA-nın yeni prezidentinin seçilməsi məsələsini gündəliyə sala bilsinlər və Mehdiyev yola salınsın. Prosedur bu qədər sadədir. Və bir daha qeyd edirik, səsvermə gizlidir.  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!