Mehdiyevin oğlu və kürəkəni   həbs olunacaq - İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Mehdiyevin oğlu və kürəkəni həbs olunacaq - İDDİA

Kriminal

06 Dekabr 2025 23:25 14895


Dövlət çevrilişinə cəhddə ittiham edilərək oktyabrın 14-də barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailə üzvlərini də eyni aqibət gözləyir. 

"Yeni Sabah" xəbər verir ki, bu sözləri "Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu TV Musavat-a açıqlamasında deyib.

Rauf Arifoğlu bildirib ki, istintaq hərəkətinin genişlənəcək və yeni həbslərin olacaq: "Səs-küylü həbslər gözlənilir. Ramiz Mehdiyevin oğlu və kürəkəni də həbs olunacaq". Dördpendirli pizza

Əməkdar jurnalist qeyd edib ki, Ramiz Mehdiyev və ailə üzvləri qeyri-qanuni yolla milyardlarla dollar vəsait əldə ediblər.

"Mehdiyevlərin həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda bir neçə milyard dollar dəyərində daşınmaz əmlakı var. Bu ailənin Bakıda min yox, minlərlə evi var. Qanunsuz yolla əldə edilmiş bu var-dövlət onların əlindən alınıb dövlətə qaytarılmalıdır. Qarabağda quruculuq-abadlıq işləri aparılır. Dövlətin həmin pula ehtiyacı var" - R.Arifoğlu əlavə edib. 

Rauf Arifoğlu tanınmış müxalifət liderlərindən birinin də həbs olunacağını iddia edib: ""Mehdiyev işi" çərçivəsində aparıcı siyasi partiyalardan birinin sədri tezliklə həbs ediləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Akif
    Bəs, Ramil usubov və Ramiz Zeynalova növbə nə vaxt çatacaq. Təmiz mehdiyevçiıər onlardır.
    5 months ago