“Məhəbbət üç il yaşayır” romanının müəllifi saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

“Məhəbbət üç il yaşayır” romanının müəllifi saxlanıldı

Dünya

12 Dekabr 2023 19:23 747


Fransada məşhur yazıçı Frederik Beqbeder saxlanılıb.

Məlumata görə, o, hazırda Po rayon polis komissarlığındadır. Faktı respublika prokurorluğu da təsdiqləyib.

Bildirilir ki, bir müddətdir Poda yaşayan yazıçı rayon prokurorluğu tərəfindən açılmış və yerli polis tərəfindən araşdırılan iş üzrə dekabrın 12-də dindirilməyə çağırılıb və polis bölməsindən buraxılmayıb. pizza sifarişi

Yazıçının hələ yayda adı açıqlanmayan xanım tərəfindən polisə təqdim olunan zorlama şikayəti üzrə saxlanıldığı deyilir.

Xatırladaq ki, 2008-ci ildə Beqbeder Parisdə kokain istifadə edərkən saxlanılıb və üzərində çoxlu miqdarda narkotik tapılıb. Lakin 2022-ci ildə yazıçı narkotikdən imtina etdiyini açıqlayıb.

Qeyd edək ki, Frederik Beqbederin 58 yaşı var. O, yazıçı, ssenarist, ədəbiyyatşünas, teleaparıcı, Flora Ədəbi Mükafatının yaradıcısı və münsiflər heyətinin sədri, “Ağılsız bir gəncin xatirələri”, “Komada tətil”, ”Məhəbbət üç il yaşayır”, “99 Frank” və s. romanlarının müəllifidir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!