Məhəmməd Salah “ən yaxşı” oldu

saytların hazırlanması

Evə çatdırılma

Məhəmməd Salah “ən yaxşı” oldu

İdman

05 Fevral 2019 03:14 1379


“Liverpul” klubunun misirli hücumçusu Məhəmməd Salah yanvarda İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçilib.

“Yeni Sabah” xəbər verir ki, 26 yaşlı futbolçu azarkeşlər arasında keçirilən səsvermədə David De Xea, Pol Poqba, Markus Raşford (hər üçü “Mançester Yunayted), Loroy Sane (“Mançester Siti”) və Troy Dinini (“Vatford”) qabaqlayıb.

Salah yanvarda “Mançester Siti”, “Lester Siti”, “Brayton” və “Kristal Palas”a qarşı oyunlarda meydana çıxıb. O, bu görüşlərdə 6 qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə isə misirli futbolçu İngiltərə Premyer Liqasında 16 qolla bombardirlər cədvəlində liderliyini qoruyur. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!