Məhərrəm Əliyev şikayətçilərlə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Məhərrəm Əliyev şikayətçilərlə görüşdü

Siyasət

09 Avqust 2019 18:42 2228


Ədliyyə nazirinin müavini Məhərrəm Əliyev Şamaxı rayonunda Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib.

“Yeni Sabah” xəbər verir ki, qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə və müvafiq qurumlara tapşırıqlar verilib.

Vətəndaşlar rayon sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə etmiş, göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!