Məhkəmə ana və oğlun ölümündə təqsirləndirilən sürücüyə bəraət verdi

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə ana və oğlun ölümündə təqsirləndirilən sürücüyə bəraət verdi

Kriminal

06 İyun 2024 23:12 576


Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Taleh Tağıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərarə əsasən, Taleh Tağıyevə bəraət verilib və o, dərhal məhkəmə zalından azadlığa buraxılıb. Dominos pizza

Taleh Tağıyevin vəkili Əli Hüseynov müvəkkilin bəraət alması barədə sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, hadisə 2021-ci ilin aprel ayında Sabunçu rayonu ərazisində baş verib.

Belə ki, Tağıyev Taleh Əhliman oğlu idarə etdiyi "Ravon" markalı avtomobillə yolu keçən Gülnar Yuniszadə, onun oğlu Yusmir Yuniszadə və bacısı Fidan Cəfərzadəni vurub.

Nəticədə ana və oğlu ölüb, F.Cəfərzadə isə ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

T.Tağıyev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Tağıyev 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Hökmdən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!