Məhkəmə “Lider TV”-ni müflis elan etdi

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə “Lider TV”-ni müflis elan etdi

Maraqlı

19 Avqust 2020 12:55 825


Bakı Apelyasiya Məhkəməsində “Lider TV və Radio-Azərbaycan” MMC müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından verdiyi apelyasiya şikayətinə baxılıb.

Yenisabah.az xəbər verir ki, hakim Raqib Qurbanovun sədrlik etdiyi iclasda qərar elan olunub.

Qərara əsasən, apelyasiya şikayəti təmin edilməyib və qətnamə isə dəyişdirilmədən saxlanılıb. Dördpendirli pizza

Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qərar çıxarıb.

“Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində "Lider TV" (1 sentyabr 2000-ci ildən), həmçinin "Radio Lider" fəaliyyət göstərir.(“Report”)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!