Məhkəmə Rəqsanə barədə qərar çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə Rəqsanə barədə qərar çıxardı

Şou

09 Yanvar 2026 10:18 476


Rəqsanə İsmayılovanın barəsində olan ev dustaqlığı qətimkan tədbiri 3 aya qədər uzadılıb.

"Yeni Sabah" Teleqraf-a istinadla xəbər verir ki, qərar Sabunçu Rayon Məhkəməsi istintaq orqanını təqdimatı əsasında qəbul edib.

R. İsmayılova ötən ilin avqust ayında həbs edilib və avqustun 16-da barəsində həbs qətimkan tədbiri seçilib. Pepperoni pizza

Həmin ilin noyabrın 19-da vəkilinin vəsatəti əsasında onun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Xatırladaq ki, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində məsuliyyətə cəlb edilən 1979-cu il təvəllüdlü Rəqsanə İsmayıl qızı İsmayılova dələduzluqda ittiham edilir.

Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Rəqsanə İsmayılova dəymiş zərərin bir qismini ödəyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!