Məhkəmə sədri oğlunun ailəsindəki faciə barədə danışdı

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə sədri oğlunun ailəsindəki faciə barədə danışdı

Sosial

30 Yanvar 2026 11:42 525


“Bu, çox ağır dərddir".

"Yeni Sabah" manşet.az-a istinadla xəbər verir ki, bunu Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyev deyib.

O, oğlu Emin Əlizadənin arvadını bıçaqlayaraq öldürdükdən sonra intihar etməsinə münasibət bildirib. pizza hut

Xatırladaq ki, E. Əlizadə qətldən sonra özünü yaşadığı binanın 16-cı mərtəbəsindən atıb.

Hazırda vəziyyətinin yaxşı olmadığını bildirən Abbas Əliyev qeyd edib:

“Bu, çox ağır dərddir. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Araşdırmanın nəticələrindən sonra yəqin ki, ictimaiyyətə əlavə məlumat veriləcək. Hər kəsdən məni anlayışla qarşılamasını xahiş edirəm. Mənim bu günümdə belə şeylər yazanların özləri bilər, bir də Allahları bilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!