Məhkəmə Nərgiz Absalamova barədə qərar verdi 

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə Nərgiz Absalamova barədə qərar verdi 

Kriminal

11 İyun 2024 13:23 348


"Abzas Media" işi çərçivəsində həbs edilən Nərgiz Absalamova barəsində olan həbs qətimkan tədbiri üç ay uzadılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul olunub. 

Qeyd edək ki, ötən ilin dekabr ayının 1-də N.Absalamova barəsində həbs qətimkan tədbiri seçilmişdi. Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.  Marqarita pizza

Daha öncə “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov da eyni ittiham ilə həbs ediliblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!