Keçmiş məhkum sürücüdən inanılmaz oğurluq –   490 litr...

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş məhkum sürücüdən inanılmaz oğurluq – 490 litr...

Kriminal

13 Fevral 2026 15:53 377


Abşeron rayonu, Xırdalan şəhəri ərazisində “MAN” markalı yük avtomobilindən 490 litr yanacaq oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə,  Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı R.Cahangirov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, R.Cahangirov oğurladığı yanacağı eyni markadan olan öz yük maşınının çəninə töküb. R.Cahangirov barəsində toplanan material məhkəməyə göndərilib. O, 30 gün müddətinə inzibati qaydada həbs edilib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!