Mehman Hüseynov həbsdən azad olundu

saytların hazırlanması

Evə çatdırılma

Mehman Hüseynov həbsdən azad olundu

Xalqın səsi

02 Mart 2019 16:46 3159


Mehman Hüseynov azadlığa buraxılıb.

Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilən Mehman Hüseynov cəzası başa çatdığı üçün bu gün azadlığa buraxılıb.

Xatırladaq ki, həbsindən əvvəl polis tərəfindən saxlanılan M. Hüseynov Nəsimi rayon Polis İdarəsində işgəncəyə məruz qalması barədə açıqlama verib. Bundan sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onu xüsusi ittiham qaydasında məhkəməyə verib. Mehman Hüseynov Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəmişdi. Toyuqlu pizza

Musavat.com 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!