Mehman Kərimli “Xocalı” yürüşündə infarkt keçirdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Mehman Kərimli “Xocalı” yürüşündə infarkt keçirdi - Fotolar

Siyasət

26 Fevral 2019 18:31 2797


Xocalı soyqırımının ildönümü ilə bağlı “Ana Harayı” abidəsi ziyarət etmək istəyən Müsavat Partıyasını üzvləri ilə polis arasında insident yaranıb.

“Yeni Sabah” xəbər verir ki, partiya rəhbərliyinin abidə önünə çiçək qoymaslna polis mane olub və bu zaman tərəflər arasında gərginlik yaranıb. 

Partiya üzvü Tofiq Yaqubli bildirib ki, polis partiyanın Divan üzvü Mehman Kərimliyə qarşı zor tətbiq edib. Nəticədə yerə yıxılan müsavatçı  infarkt keçirib. Təcili yardımla xəstəxanaya aparılıb.  Sezar pizza

 ***

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər və Müsavat başqanı Arif Hacılı polis əməkdaşlarından abidə önünə çiçək qoymağa icazə verilməməsinin səbəbini soruşublar. A.Hacılı “Biz abidəyə gül qoymaq istəyirik. Səbəbini izah edin, biz də razılaşaq”- desə də, polis əməkdaşı gülləri sərhəddə qoymalı olduqlarını bildirib. İ.Qəmbər isə “Sərhəddin birini erməni Qarabağda çəkib, siz də burda çəkəcəksiniz? Xocalı abidəsi ilə bizim aramızda?”- deyə qarşılıq verib. 

Ardınca A.Hacılı davam edib: “27 ildir biz bura gəlirik, həmişə də gülü eyni yerə qoymuşuq. Niyə indi təzə qayda qoymusunuz? “Xocalını unutma” şüarları var Bakıda. Niyə Xocalını unutdurursunuz? Nahaq yerə problem yaradırsınız. Mən televiziyada canlı yayımlara baxmışam, hamı gülləri gətirib ora qoyur. Evimin qabağına da gül qoya bilərdim. Amma anım yeri heykəlin qabağıdır. Siz ziyarət etməyə qoymursunuz. Havayı qan-qaraçılıq etməyin. Xocalı şəhidləri hamımızındır!” 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!