Müsavat partiyanın Divan üzvü Mehman Kərimlinin vəziyyəti yenidən pisləşib.
Bu barədə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı “Yeni Sabah”a deyib. O bildirib ki, axşam vəziyyəti pisləşən müsavatçı üçün təcili yardım çağırılıb:
“Mən də təcili yardım gələn zaman onun evinə çatdım. Tibb işçiləri israrlı şəkildə Mehman bəyin xəstəxanaya aparılmasının vacibliyini bidirdilər. Və səhhəti ilə bağlı riskə gedə bilməyəcəklərini, problemlərin olduğunu vurğuladılar. Eyni zamanda Mehman bəyə ürək-damar sistemindəki narahatlığı aradan qaldırmaq üçün iynələr vuruldu. Onu təcili yardım maşını ilə 1 saylı Mərkəzi Klinikasına apardıq”. pizza
G.Aslanlı qeyd edib ki, həkimlərin rəyinə əsasən, Mehman Kərimlinin səhhətində qorxulu bir şey yoxdur: “Sadəcə həkim nəzarətində olması məsləhət görüldü, müəyyən dərmanlar yazıldı. Bu dəfə isə Mehman Kərimlinin israrlı təkidi ilə onu evə buraxmaq məcburiyyətində qaldılar. Hazırda Mehman bəy həkim nəzarəti altındadır”.
Qeyd edək ki, dünən Xocalı soyqırımının ildönümü ilə bağlı “Ana Harayı” abidəsi ziyarət etmək istəyən Müsavat Partıyasını üzvləri ilə polis arasında insident yarandı. Nəticədə partiyanın Divan üzvü Mehman Kərimli yerə yıxılaraq infarkt keçirdi və təcili yardımla xəstəxanaya aparıldı.
Günay Rəsulqızı
Telegram kanalımız