Mehriban Əliyeva Fransanın baş naziri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Əliyeva Fransanın baş naziri ilə görüşdü

Siyasət

12 Mart 2019 11:32 1072


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində bu ölkənin Baş naziri Eduard Filip ilə təkbətək görüşü olub.

“Yeni Sabah” xəbər verir ki, Fransanın Baş naziri ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib və əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu deyib. Eduard Filip Azərbaycan prezidenti İlham Əliyevin ötən ilin iyulunda Fransaya səfərinin və səfər çərçivəsində Prezident Emanuel Makronla görüşünün ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. Baş nazir Mehriban Əliyevanın da ikitərəfli münasibətlərin inkişafına mühüm töhfələr verdiyini bildirib.

Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib, bu səfərin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. İqtisadi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu deyən Mehriban Əliyeva Azərbaycanda 59 fransız şirkətinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb və fransız şirkətlərini ölkəmizdə daha fəal olmağa çağırıb. Dördpendirli pizza

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini bəyan edən Mehriban Əliyeva bildirib ki, hazırkı status-kvo qəbuledilməzdir. Münaqişənin tənzimlənməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var və münaqişə bu qətnamələr əsasında, beynəlxalq hüququn normaları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Baş nazir Eduard Filip Fransanın sülh danışıqlarına sadiq qaldığını və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu bildirib.

Görüşdən sonra Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi keçirilib. Azərbaycanla Fransa İnkişaf Agentliyi arasında “Dəmir yolu sektorunun inkişafı proqramı çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına dair konvensiya”nı Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan imzalayıb. “Azərbaycan Mərkəzi Bankı ilə “Rotchild & Cie” Bankı arasında Strateji Əməkdaşlıq Sazişi”ni Mərkəzi Bankın sədri Elman Rüstəmov və “Rotchild & Cie” Bankının baş direktoru Aryel Malard dö Rotşild imzalayıb.

“Əməliyyat Nəzarəti Mərkəzinin yaradılmasına dair araşdırma müqaviləsi”ni və “Xocasən” deposunun siqnalizasiya və telekommunikasiya sisteminin reallaşdırılmasına dair müqavilə”ni “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov və “Thales International” şirkətinin baş direktoru Rafael Eskinazi imzalayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!