Bərdə şəhər sakini, 1979-cu il təvəllüdlü Nazilə Musayeva yeganə övladı, 9 yaşlı Ülvi Musayevlə birgə küçələrdə qalıb.
Bir neçə gündür bununla bağlı foto və informasiya sosial şəbəkələrdə paylaşılır.
İki gözündən əlil olan qadın həm Hepatit B xəstəliyindən, həm də ginekoloji onkologiyadan əziyyət çəkir, uşaqlığında yaranmış şiş onu günbəgün ölümə aparır. pizza
Ana isə bir yardımsevərin dəstəyi ilə ev şəraitində müəyyən müalicə alsa da, artıq yataq xəstəsidir və təcili tibbi müdaxiləyə ehtiyacı var. Çoxlu qan itirən qadına hazırda müvəqqəti önləyici iynələr vurulur. Bakıya xəstəxanaya gətirilməsi və orada xərclərinin qarşılanması, eyni zamanda bu müddətdə uşağın da himayə edilməsi üçün xeyli maddi yardıma ehtiyac var.
Nazilə Musayevanın səhhəti ilə bağlı material saytlarda, sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra məsələ 1-ci vitse prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya çatdırılıb. Mehriban Əliyeva məsələ barədə göstəriş verərək xəstənin bütün müalicə, əməliyyat xərclərini öz üzərinə götürüb. Artıq bununla bağlı bütün müvafiq qrumlara lazımı göstərişlər verilib.
Həmçinin Nazilə Musayevanın pensiya, sosil müavinətlərinin düzəldilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də tapşırıqlar verilib.
Bizimyol.info
Telegram kanalımız