Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşüb.
“Yeni Sabah” xəbər verir ki, Gürcüstan prezidentini Azərbaycanda görməkdən məmnunluğunu bildirən Mehriban Əliyeva bu səfərin dost ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Azərbaycana səfərindən şad olduğunu deyən Salome Zurabişvili burada keçirilən görüşlərin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini qeyd edib. Pepperoni pizza
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Telegram kanalımız