Mehriban Əliyevadan Bilik günü təbriki

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Əliyevadan Bilik günü təbriki

Siyasət

15 Sentyabr 2019 11:09 1557


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva  15 sentyabr – Bilik günü münasibəti ilə bütün şagird və tələbələri təbrik edib.

"Yeni Sabah" xəbər verir ki, Mehriban Əliyeva  rəsmi "İnstagram" səhifəsində yerləşdirdiyi  təbrikdə bildirib:

"Əziz məktəblilər, tələbələr. Hörmətli müəllimlər və valideynlər. pizza sifarişi

Sizi bu əziz, sevimli bayram – Bilik Günü münasibətilə təbrik edirəm.

Bu, yeni dərs ilinin, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır. Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram.

Əziz dostlar, Bilik Gününüz mübarək!".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!