Xəbər verdiyimiz kimi birinci vitse-prezident Mehriban Əliyeva “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə göstəriş verib.
Tapşırığın icrası ilə bağlı “Yeni Sabah” M.Əliyevaya məktubla müraciət edən şəxslərdən biri Xəlilov Pərvizlə əlaqə saxlayıb.
P.Xəlilov bildirib ki, bununla bağlı yalnız Mehriban Əliyevaya müraciət etmişik: pizza hut
“Bizim işimizə ancaq o baxa bilərdi. Dünən axşam televiziyada göstərişlə bağlı məlumat verildi. Bizi hələ ki heç bir yerdən çağırmayıblar. Biz istəyirik ki, hardan çıxmışıqsa ora bərpa olunaq. Gözləyəcəyik”.
Qeyd edək ki, məsələylə bağlı “Azərenerji” ASC-dən hələ ki heç bir məlumat verilməyib.
Telegram kanalımız