Mehriban Xanlarova da orduya yazıldı   – “Döyüşə hazıram!”

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Xanlarova da orduya yazıldı – “Döyüşə hazıram!”

Mədəniyyət

18 İyul 2020 11:32 1435


Əməkdar artist Mehriban Xanlarova da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən qeydiyyatdan keçib.

Yenisabah.az xəbər verir ki, bu barədə sənədlərin görüntülərini sosial şəbəkə hesabında paylaşan aktrisa lazım gələrsə döyüşməyə hazır olduğunu bildirib:

"Mənfur düşmənimizin silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində, şəhid verdiyimiz üçün çox üzülürəm. Ulu babalarımızın bizə əmanət etdiyi vətənimizi qorumaq üçün lazım gələrsə, döyüşməyə hazıram". pizza hut

Qeyd edək ki, son günlər bir çox sənət adamı Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən qeydiyyatdan keçib. Onlar arasında Xalq artisti Faiq Ağayev, rejissor Kənan Mahmudov (Kənan MM), reper Qurd (Fərid Eminov) və başqaları da yer alıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!