Ötən gecə Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində qəzaya düşən aktrisa Mehriban Xanlarovadan xəbər var.
Sənətçinin ailəsindən "Yeni Sabah"a onun son durumu haqqında məlumat veriblər. Bildirilib ki, M.Xanlarova evə buraxılıb. Müalicəsi evdə davam edəcək.
Qeyd edək ki, hadisə nəticəsində aktrisanın ayağı sınıb. Onun yanında sərnişin qismində rəfiqəsi də olub və həmin qadın kəllə-beyin travması alıb. Dördpendirli pizza
Əcəmi Əsədulla
Telegram kanalımız