Ötən ilin mayında Şəmkir Rayon Polis Şöbəsinə rayonun Təzəkənd kəndində fərdi yaşayış evlərinin birində oğurluq hadisəsi baş verməsi barədə ərizə daxil olub.
Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən ümumi dəyəri 3135 manat olan məişət əşyaları oğurlanıb.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri-48 yaşlı Afiq Hacıyev, 27 yaşlı İsmət Xəlilov və əvvəllər məhkum olunmuş 46 yaşlı Əfqan Alyarov saxlanılıblar. Marqarita pizza
Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğruluq hadisəsini etiraf ediblər və oğurladıqları məişət əşyalarını satdıqlarını deyiblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Telegram kanalımız