AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) 2019-cu ilin yanvar ayı ərzində MEK-ə daxil olan sənədlərin təqdimatını keçirib.
“Yeni Sabah” xəbər verir ki, tədbirdə AMEA-nın alimləri, MEK əməkdaşları və oxucular iştirak edib.
Tədbirdə Fondların formalaşdırılması bölməsinin əməkdaşı Xədicə Ağayeva təqdimatla çıxış edərək yanvar ayı ərzində kitabxanaya daxil olan sənədlər haqqında məlumat verib. Ötən ay kitabxanaya 2 mindən çox məcburi nüsxə, hədiyyə, satınalma və beynəlxalq kitab mübadiləsi yolu ilə kitab, jurnal, qəzet və elektron resurslar daxil olduğunu bildirib. Təqdimatçı MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş (MRY) layihəsindən danışıb. Toyuqlu pizza
Tədbirdə həmçinin kitab müəllifləri və nəşriyyat evləri tərəfindən yeni nəşrlərin elektron versiyasının da MEK-ə təqdim edilməsinin zəruriliyi vurğulanıb.
Telegram kanalımız