Məktəbdə baş verən insidentlə bağlı   ŞOK İDDİA - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Məktəbdə baş verən insidentlə bağlı ŞOK İDDİA - VİDEO

Hadisə

20 Aprel 2026 20:52 2874


Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbdə doqquzuncu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baku TV-nin hazırladığı videomaterialda məlumat verilib.

İddialara görə, şagirdlər arasında əvvəllər də münaqişələr olub. Xəsarət yetirən şagirdin yaranmış problemlə bağlı dəfələrlə müəllimlərə müraciət etməsinə baxmayaraq, məsələ öz həllini tapmayıb. pizza mizza

Hadisənin təfərrüatı ilə bağlı danışan məktəblilərdən birinin sözlərinə görə, insidentə səbəb şagirdin uzun müddət "sıxışdırılması" (bullinq) olub:

"Deyilənə görə, həmin şagirdi əsəbiləşdiriblər, o da buna cavab olaraq əvəz çıxmaq istəyib. Uşaqlar onu sıxışdırıblar. Hətta o, bu barədə məktəb rəhbərliyinə də məlumat vermişdi, lakin heç bir tədbir görülmədi".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!