Məktəbdə qalmaqal: Direktor valideyndən 5 min manat pul alıb - İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Məktəbdə qalmaqal: Direktor valideyndən 5 min manat pul alıb - İDDİA

Sosial

11 Mart 2025 00:35 2453


Müəllimlərə "Hinduşqabaş" deyərək təhqir edən 301 nömrəli məktəbin direktorunun yeni səs yazısı yayılıb.

Yenisabah.az Xəzər TV-yə istinadən məlumat verir ki, səs yazısından aydın olur ki, müəllimlərin şagirdlərdən yığdığı pul direktora çatdırılır.

Pedaqoji heyət uzun müddətdir direktoru görmədiklərini bildirdilər. Sezar pizza

Yuxarı sinif şagirdinə görə valideyndən pul tələb edildiyini, hətta bu səbəbdən işindən azad edilənin olduğunu da bildirildi.

Valideyn Gülanə Cəfərova iddia edib ki, övladının hazırlığa getməsinə şərait yaratması üçün direktor ondan 5000 manat pul alıb.

Digər bir müraciət isə əvvəllər məktəbin bufetində çalışan xanım tərəfindən oldu. İddialara görə, direktorun tələb etdiyi pulu verməyən qadın işdən azad edilib.

Səslənən iddialarla bağlı direktorla əlaqə saxlamaq mümkün olmayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, 301 nömrəli tam orta məktəbdə idarəetmənin və tədrisin keyfiyyətli təşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Jalə Məhərrəmovaya həvalə edilib.

Xeyli müddətdir səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmayan direktor Sevda Sarıyeva barəsində işə qayıtdıqdan sonra qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vüqar
    Bütün dövlət strukturları korrupsiya içərisindədir.Niyə, ona görə ki,yuxarı təbəqədən həbs edilən olmur,onlar yenədə rahat öz işlərini görür,rüşvətlərini alırlar.
    1 year ago
  • RAHİM
    ƏSLİNDƏ GÜLANƏ ÖZÜ DƏ MƏSULOYYƏTƏ CƏLB EDİLMƏLİDİR.ÇÜNKİ UŞAĞINI TƏHSİLDƏN YAYINDIRIB.
    1 year ago