Məktəbdə təhdid paylaşımı edən şəxs saxlanıldı – 15 yaşlı şagird imiş

saytların hazırlanması

Evə çatdırılma

Məktəbdə təhdid paylaşımı edən şəxs saxlanıldı – 15 yaşlı şagird imiş

Kriminal

21 Aprel 2026 17:02 733


Aprelin 18-də sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb. 

DİN-in Mətbuat Xidmətindən "Yeni Sabah"a bildirilib ki, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfli yoxlanılıb və iddiaların əsassız olduğu müəyyən edilib.

Davam etdirilən tədbirlərlə paylaşımı edən şəxsin həmin məktəbdə təhsil alan 15 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb. Marqarita pizza

Qanunvericiliyə uyğun olaraq onun valideynləri polis idarəsinə dəvət edilib, onlarla profilaktik iş aparılıb. Məktəbli ilə bağlı materiallar aidiyyəti üzrə icra hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq komissiyaya göndərilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!