Məktəbdə yandırılan şagirdin   VƏZİYYƏTİ AĞIRDIR

saytların hazırlanması

Evə çatdırılma

Məktəbdə yandırılan şagirdin VƏZİYYƏTİ AĞIRDIR

Hadisə

20 Aprel 2026 13:47 1347


Bakının 286 nömrəli tam orta ümumtəhsil məktəbində sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti açıqlanıb.

"Yeni Sabah"ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, şagirdin durumu ağırdır. 

Məlumata görə, 2011-ci il təvəllüdlü yeniyetmə (kişi) yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub: Sezar pizza

"Ona başın, üzün, boynun, gövdənin ön-yan səthlərinin hər iki yuxarı ətraflarının II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub. Hazırda pasyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir".

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. İnsidenti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.

Qeyd edək ki, bu gün sözügedən məktəbdə insident baş verib. Səhər saatlarında 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına yanıq xəsarəti yetirib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!