Məktəblərdə 5 gün dərs olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Məktəblərdə 5 gün dərs olmayacaq

Sosial

22 Yanvar 2025 20:21 287


Məktəblərdə 5 gün dərs olmayacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Məlumata görə, Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında" müvafiq qərarına əsasən, yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili başlayacaq. Tətil 27-31 yanvar tarixlərini (5 gün) əhatə edəcək. Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir. pizza

Qeyd edək ki, 5 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 3 fevral, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 1 fevral 2025-ci il tarixi tətildən sonra ilk iş günüdür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!