Məktəblərdə Pedaqoji Şura iclasları təşkil olunur

saytların hazırlanması

Evə çatdırılma

Məktəblərdə Pedaqoji Şura iclasları təşkil olunur

Sosial

31 Yanvar 2019 15:42 1557


Ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə I yarımilin başa çatması ilə əlaqədar Pedaqoji Şuraların iclasları təşkil olunur.

“Yeni Sabah” xəbər verir ki, iclasların keçirilməsində əsas məqsəd I yarımildə görülən işləri bir daha nəzərdən keçirmək, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparmaq və kollegial qərarlar qəbul etməkdən ibarətdir.

Pedaqoji Şuraların toplantılarında məktəb direktorlarının və müavinlərinin məruzələri, sinif rəhbərlərinin hesabatları dinlənilir. Pepperoni pizza

İclaslarda 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri, I yarımil ərzində təhsilin keyfiyyətinin artırılmasına dair görülən işlər, məktəbdaxili qiymətləndirmələrin nəticələri, dərsə davamiyyət, IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, qarşıda duran məsələlər və digər mövzular ətrafında müzakirələr aparılır, müvafiq qərarlar qəbul edilir. Müəllimləri maraqlandıran suallar cavablandırılır.

Pedaqoji Şura iclaslarının sonunda fəaliyyətində fərqlənən müəllimlər Fəxri fərman və təşəkkürnamə ilə təltif olunur.  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!