Dərslərə məktəb forması olmadan gəlmək qadağan edildi

saytların hazırlanması

Evə çatdırılma

Dərslərə məktəb forması olmadan gəlmək qadağan edildi

Dünya

20 Aprel 2026 11:44 411


Türkiyənin Şanlıurfa və Kahramanmaraş şəhərlərində məktəblərə edilən silahlı hücumlarından sonra təhsil müəssisələrində təhlükəsizlik tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilib və dərslər bu gündən bərpa olunub.

“Yeni Sabah” xəbər verir ki, bunu ölkənin təhsil naziri Yusuf Tekin bildirib.

O, sosial media hesabında yazıb ki, uşaqların təhlükəsizliyi məsələsində heç bir güzəştə yol verilməyəcək. pizza

“Övladlarımızın təhlükəsizliyi ilə bağlı ən kiçik güzəştə belə getməyəcək. Təhsil sistemi qarşısında əsas vəzifə şagirdlərin təhlükəsiz mühitdə təhsil almasını təmin etməkdir”, - nazir paylaşımında bildirib.

Bununla yanaşı, Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən məktəblərdə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb. Polis əməkdaşlarının məktəblərdə xidmətini davam etdirdiyi bildirilir.

Məktəb rəhbərlikləri tərəfindən valideynlərə təqdim edilən yeni qaydalara əsasən, şagirdlərin yalnız məktəb forması ilə dərsə gəlməsi məcburi edilib. Məktəb ərazilərinə giriş-çıxışlar ciddi nəzarətə götürülüb, valideynlərin isə məktəb həyətinə daxil olmasına məhdudiyyət qoyulub.

Yeni qaydalara əsasən, dərs saatlarında məktəblərə kənar şəxslərin daxil olması da qadağan edilib. Valideynlər yalnız əvvəlcədən razılaşdırılmış vaxt əsasında və şəxsiyyət vəsiqəsi təqdim etməklə məktəbə daxil ola biləcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!