Məktəblilər beynəlxalq olimpiadalardan 17 medal qazanıb

saytların hazırlanması

Evə çatdırılma

Məktəblilər beynəlxalq olimpiadalardan 17 medal qazanıb

Sosial

17 Aprel 2019 20:26 778


Cari tədris ilində Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında uğur qazanaraq ölkəmizə 1 qızıl, 6 gümüş və 10 bürünc medal olmaqla, ümumilikdə 17 medal gətiriblər.

“Yeni Sabah” xəbər verir ki, şagirdlərimizin digər beynəlxalq olimpiadalarda da iştirakı gözlənilir. Belə ki, azərbaycanlı məktəblilər riyaziyyat fənni üzrə Balkan Riyaziyyat Olimpiadası, Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası, Beynəlxalq Riyaziyyat Olimpiadası, fizika fənni üzrə Avropa Fizika Olimpiadasına qatılacaqlar.

Eyni zamanda Beynəlxalq Fizika Olimpiadası, Beynəlxalq Mendeleyev Kimya Olimpiadası, Beynəlxalq Kimya Olimpiadası, Yeniyetmələrin Avropa İnformatika Olimpiadası, Beynəlxalq İnformatika Olimpiadası və  Beynəlxalq Biologiya Olimpiadasında da məktəblilərimizin iştirakı nəzərdə tutulub.   pizza sifarişi

Qeyd edək ki, olimpiadalara hazırlıq proqramı çərçivəsində seçilmiş şagirdlər yerli və əcnəbi müəllimlərin dərslərində, müxtəlif ölkələrdə keçirilən hazırlıq təlimlərində iştirak edirlər.

Hazırda ölkəmizdə səfərdə olan Moskva Fizika-Texniki İnstitutunun professorları tərəfindən fizika fənni üzrə Beynəlxalq Olimpiadada iştirak edəcək komandanın üzvlərinə təlimlər keçirilir. Təlimlər mayın 1-dək davam edəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!