Məktəblilər “Ölkəmizi tanıyaq”  tur-aksiyasında iştirak ediblər

saytların hazırlanması

Evə çatdırılma

Məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak ediblər

Rəsmi

18 Mart 2019 18:09 1373


“Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları növbəti mərhələsi təşkil olunub.

“Yeni Sabah” xəbər verir ki, aksiya çərçivəsində məktəblilər martın 15,16,17-si Quba və Qusarda olublar. Onlar rayonların görməli, tarixi yerləri ilə tanış olublar. Qubada Qırmızı Qəsəbə, Sneqoq, “Cümə” məscidi, Soyqırım məzarlığına baş çəkiblər.

Qusarda Bayraq meydanı, “Şahdağ” istirahət kompleksi, Şeyx Cüneyd türbəsində olublar. Marqarita pizza

Martın 17-də bilik yarışması keçirilib. 21 komanda arasında keçirilən yarışda Astara komandası qalib gəlib. Zərdab 2-ci, Şirvan isə 3-cü yerdə qərarlaşıb. Martın 18-də Xaçmaz rayonu ilə tanışlıqdan sonra iştirakçılar öz rayonlarına yola düşüb.

Layihədə Neftçala, Lənkəran, Astara, Yardımlı, Şirvan, Zərdab və Lerik rayonları iştirak edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!