Məktəblilərimiz beynəlxalq konfransda

saytların hazırlanması

Evə çatdırılma

Məktəblilərimiz beynəlxalq konfransda

Sosial

25 Aprel 2019 18:22 709


Paytaxt məktəbliləri 20-22  aprel 2019-cu il tarixində Sankt-Peterburq şəhərində keçirilən “Özündə alimi kəşf et”  VI Ümumrusiya elmi–innovasiya konfransında uğurla iştirak ediblər. 

“Yeni sabah” xəbər verir ki, Bakı şəhəri 177 nömrəli tam  orta məktəbin VIII sinif şagirdi  Leyla  Məmmədzadə  və 16 nömrəli Texniki-Humanitar Liseyin IX sinif şagirdi Əli Bağırov konfransda “Riyaziyyat və informatika” seksiyası üzrə  “Ortalaşmış ölçmələr əsasında siniflərin sərhədlərinin təyini” adlı layihə ilə ölkəmizi təmsil edib və III dərəcəli diploma layiq görülüblər. 

Qeyd edək ki, konfransda  Rusiyanın 71 regionundan və MDB ölkələrindən 2000-dən çox məktəbli iştirak edib. Final mərhələsində 450 məktəbli 21 seksiya üzrə müxtəlif elmi layihələrlə qalibiyyət uğrunda mübarizə aparıb.  pizza hut

Konfrans Sankt-Peterburq Təhsil Komitəsi, Sankt-Peterburq  Dövlət Aqrar Universiteti, Sankt-Peterburq Dövlət Texnoloji Universiteti və Elm və təhsilin İnkişaf Fondunun dəstəyi ilə hayata keçirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!