Məktəblimiz proqramlaşdırma olimpiadasında qızıl medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Məktəblimiz proqramlaşdırma olimpiadasında qızıl medal qazandı

Rəqəmsal

28 Fevral 2025 18:30 1311


“Azercell”in dəstəyi ilə şagirdlərimiz İT sahəsində uğurlu nəticələr göstərməyə davam edirlər.

Yenisabah.az xəbər verir ki, 8-9 fevral 2025-ci il tarixlərində Rumıniyada IX “Info1cup” proqramlaşdırma müsabiqəsi keçirilib. 18 ölkədən 166 şagirdin qatıldığı müsabiqəyə məktəblilərimiz onlayn formatda qoşulublar.

Bakı şəhəri, 157 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Həsən Vəliyev qızıl medal qazanıb. Eyni zamanda, Bakı Türk Anadolu liseyinin 10-cu sinif şagirdi Əhməd Qəmbərli gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Rahidil Bayramlı isə bürünc medala layiq görülüblər. Dördpendirli pizza

Xatırladaq ki, 2017-ci ildən etibarən məktəblilərimizin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgə və paytaxt məktəblərində təhsil alan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 90 medal qazanıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!