Məktəblinin şah damarını kəsib öldürdülər - Bakıda baş verən cinayətin DETALLARI

saytların hazırlanması

Evə çatdırılma

Məktəblinin şah damarını kəsib öldürdülər - Bakıda baş verən cinayətin DETALLARI

Kriminal

18 Noyabr 2025 01:36 976


Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H.Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, hadisə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 52 nömrəli məktəbin yaxınlığında yerləşən beşmərtəbəli binanın həyətindəki söhbətgahda baş verib.

İlkin məlumata görə, məktəbli yeniyetmələr arasında yaranan mübahisə qısa zamanda qarşıdurmaya çevrilib. Qarşıdurma zamanı məktəblilərdən biri digərinə bıçaqla şah damarından xəsarət yetirib. Marqarita pizza

Hadisə baş verən an yeniyetmələrin yanında təxminən 10-a yaxın başqa şəxs də olub. Əraziyə dərhal polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!