Məmməd İsmayılın vəziyyəti ağırlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Məmməd İsmayılın vəziyyəti ağırlaşdı

Mədəniyyət

13 Avqust 2025 16:08 570


Şair, professor Məmməd İsmayıl "Bona Dea" Hospitalının Reanimasiya şöbəsinə yerləşdirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə şairin qızı məlumat yayıb.

O bildirib ki, 4 gündür xəstəxanaya yerləşdirilən Məmməd İsmayılın vəziyyəti dünən axşam ani olaraq ağırlaşıb: Dominos pizza

"Ara-sıra xəstəxanaya aparırdıq. Son 4 gün burada oldu. Dünən axşam isə vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirdilər. Həkimlər vəziyyətin olduqca ciddi olduğu deyirlər".

Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət çəkir. Ötən ildən sağlamlığındakı problemlər ciddiləşib və Heydər Əliyev Fondu onun müalicəsini öz üzərinə götürüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!