Məmməd İsmayılın vəziyyəti pisləşdi

saytların hazırlanması

Evə çatdırılma

Məmməd İsmayılın vəziyyəti pisləşdi

Yazar

16 Fevral 2024 11:15 18088


Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan şair Məmməd İsmayılın vəziyyəti pisləşib. 

Yenisabah.az xəbər verir ki, bu barədə 85 yaşlı şairin ailə dostu Ehtiram İlham məlumat verib. O, Məmməm İsmayılın ağrılardan əziyyət çəkdiyini, gecələr yata bilmədiyini deyib. 

Qeyd edək ki, Məmməd İsmayıl 1 noyabr 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anadan olub. O uzun müddət Azərbaycan Dövlət Televiziyasında, “Cəfər Cabbarlı adına Azərbaycanfilm” studiyasında, “Yazıçı”, “İşıq” nəşriyyatlarında çalışıb, 1988-1990-cı illərdə “Gənclik-Molodost” jurnalının baş redaktoru olub. Türkiyənin Çanaqqala şəhərində yerləşən On Səkkiz Mart Universitetinin professorudur.  Pepperoni pizza

Azərbaycan və türk dillərində 50-ə yaxın kitabı çap olunub. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!