Xarici işlər naziri Elmar Məmmədyarov Küveyt Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
XİN-dən “Yeni Sabah”a daxil olan xəbərə görə, E. Məmmədyarov ikitərəfli siyasi münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirib və iqtisadi əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Azərbaycanla və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın iclasının tezliklə keçirilməsinin zəruriliyini vurğulayıb. Azərbaycanın Küveyt vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq etdiyini bildirən nazir Elmar Məmmədyarov iki ölkə arasında birbaşa hava əlaqəsinin mövcudluğunun turist axınının artmasına təkan verəcəyinə əminliyini ifadə edib.
Azərbaycanda olmaqlarından məmnunluğunu bildirən Xalid Əl-Uteybi ikitərəfli münasibətlərin qədim tarixə əsaslandığını söyləyərək ticarət əlaqələrinin daha da genişləndirilməsinin zəruriliyini qeyd edib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaqlar Küveytin Azərbaycanın münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini xüsusilə vurğulayıb. Pepperoni pizza
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Telegram kanalımız