Məmmədyarov türk deputatlarla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Məmmədyarov türk deputatlarla görüşdü

Dünya

20 Fevral 2019 01:56 980


Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti ilə görüşüb.

XİN-dən “Yeni Sabah”a daxil olan xəbərə görə, görüşdə nümayəndə heyətinin rəhbəri Şamil Ayrım ölkəmizə səfəri çərçivəsində keçirdikləri görüşləri, xüsusilə də Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul olunduqlarını məmnunluqla qeyd etdi və aparılmış fikir mübadiləsini yüksək dəyərləndirib.

Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafına öz növbəsində, parlamentlərarası dostluq qruplarının töhfə verəcəklərini söyləyən Türkiyə millət vəkili, bu xüsusda dostluq qrupları arasında səfər mübadilələrinin və təmasların artırılmasının əhəmiyyətini qeyd edib. pizza hut

Elmar Məmmədyarov iki qardaş ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da irəli aparılması baxımından parlament ölçüsünün əhəmiyyətini, xüsusilə də parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirdi və parlamentarilər arasında müvafiq beynəlxalq təşkilatlar çərçivəsində əməkdşlığın önəmini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!