Məmmədyarov Ukraynanın xarici işlər naziri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Məmmədyarov Ukraynanın xarici işlər naziri ilə görüşdü

Dünya

16 Fevral 2019 00:52 1073


Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ilə görüşüb. 

“Yeni Sabah” xəbər verir ki, görüşdə, həmçinin energetika naziri Pərviz Şahbazov da iştirak edib. Tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən və inkişafından məmnunluqlarını ifadə ediblər.

Tərəflər, həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm infrastruktur layihələri haqqında fikir mübadiləsi aparıblar. Bu xüsusda, Azərbaycanın enerji daşıyıcılarının Ukraynaya nəqli imkanları müzakirə edilib. pizza hut

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!