Xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiya baş nazirinin müavini, xarici işlər naziri ilə görüşüb.
XİN-in mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində 16 fevral tarixində xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiya Respublikasının Baş nazirinin müavini, Xarici və Avropa işləri üzrə naziri Mariya Peyçinoviç Buriç ilə görüşüb.
Görüşdə nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edərək, ikitərəfli strateji əlaqələrin hazırkı səviyyəsini məmnunluqla qeyd ediblər. Dominos pizza
Tərəflər bir sıra sahələrində ikitərəfli əməkdaşlığın daha irəli aparılması, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Telegram kanalımız