“Karantin dövründə toy və yas mərasimlərinin keçirilməsi ilə bağlı qadağa Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən tətbiq olunur. Operativ Qərargah rəsmi qurumdur, dövləti təmsil edir. Buna görə də onun verdiyi qərarlara hörmətlə yanaşmaq hər birimizin borcudur”.
Yenisabah.az xəbər verir ki, bunu Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.
Onun sözlərinə görə, məmurlar, deputatlar, cəmiyyətdə nüfuz sahibi olan, tanınan insanlar daha diqqətli olmalıdırlar: “Bizi az-çox tanıyır, kimlərsə nümunə götürür. Buna görə də yaxşı nümunə olmağı bacarmalıyıq. Karantin dövründə bir neçə dəfə məni də toy və nişan mərasimlərinə dəvət ediblər. Amma nümunəvi vətəndaş kimi bu dəvətlərin heç birinə qatılmamışam. Dünyadan köçən yaxın qohumlarım üçün hətta məhdud çevrədə təşkil olunan yas mərasimlərində iştirak etməmişəm. Məmur, deputat, o cümlədən jurnalistlər cəmiyyətə pis nümunə olmamalıdırlar. Biz hüquqi dövlətdə yaşayırıq. Hamı qanun qarşısında bərabərdir. Son günlər baş verən hadisələr göstərdi ki, qanunun aliliyi təmin olunur, hər kəsə öz əməlinə görə adekvat cəza verilir. Biz qanunlara hörmət etməklə həm də özümüzə hörmət etmiş oluruq”. /Sia.az pizza hut
Telegram kanalımız