“Azərbaycanda hər vəzifəyə gələn şəxs fikirləşir ki, deyəsən bu gün mənəm, sabah da o biri olacaq. Məni işdən çıxarandan sonra heç kəs nə salam verəcək, nə zəng vuracaq. Bütün qohumlarımı da, uşaqlarımı da işdən çıxaracaqlar. Ona görə də, imkan varkən bir az çox pul yığım ki, vəzifədən gedəndən sonra onlara kömək edə bilim”.
“Yeni Sabah” xəbər verir ki, bunu BBC Azərbaycancaya Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Çingiz Abdullayev deyib. Onun sözlərinə görə, peşəkar adam həmişə bilir ki, öz peşəsi ilə hər yerdə pul qazana bilər: “Yaxşı şair, yazıçı, müğənni bunu bilir... Axı məmurun çox vaxt peşəsi olmur. Onun yalnız vəzifəsi olur. Vəzifədən gedəndən sonra da heç kimə lazım deyil. Azərbaycanda da pis bir ənənə var ki, vəzifədən gedən kimi sənin bütün qohumlarını işdən çıxarırlar. Buna görə də indi çox ailələrdə fikirləşirlər ki, hər şeydən əsas puldur”.
Ç. Abdullayev bildirib ki, o məmurların gəlir deklarasiyaları təqdim etməsinə tərəfdardır: “Mən çoxlu vergi verirəm, kitablarım çıxır, kinolarım çəkilir. Düzdür, şadlıq evim yoxdur, heç fikrim də yoxdur. Amma başa düşə bilmirəm, 500, lap 1000 manat maaş alan adam necə 100 min dollara maşın, 300 minə ev alır?! Vallah bunu başa düşmürəm və mən başa düşə bilmirəmsə, başqaları da bunu görüb hirslənir. Pepperoni pizza
Amma deklarasiya olsa onda bəlkə də biləcəyik ki, bunun nənəsi ölüb və böyük pullar qoyub gedib. Amma inanmıram ki, hamısı maşınları nənənin pulu ilə alırlar”.
Telegram kanalımız