“Məmurlar prezidenti aldatdı, məqsəd biznesimi ələ keçirmək idi...”

saytların hazırlanması

Evə çatdırılma

“Məmurlar prezidenti aldatdı, məqsəd biznesimi ələ keçirmək idi...”

Siyasət

24 Dekabr 2021 09:11 9855


“Biznes, ancaq biznes. Şəxsi heç nə. Həmin məmurlar mənim biznesimi əlimdən almaq istəyirdilər və buna nail oldular”.

“Yeni Sabah” xəbər verir ki, bunu keçmiş oliqarx-milyarder Telman İsmayılov haqqin.az-a müsahibəsində deyib.

O, bildirib ki, həmin məmurlar prezidenti aldatmışdılar Marqarita pizza

“Əslində Rusiya prezidenti Vladimir Putinin mənə etimadı vardı. Mən indi deyə bilmərəm bu etimad nəyə əsaslanırdı. Amma buna əminəm ki, mənimlə bağlı onu aldatdılar. Prezidentə kağız vermişdilər, o da federal kanallarda elan etmişdi ki, mənim bazarımda 2 milyard dollarlıq qaçaqmal var. Hansı ki, tamamilə yalan idi. 

Bu haqda mənə məlumat çatanda istintaq orqanlarına dedim ki, orada 2 milyard dollarlıq yox, iki dəfə çox mal var. 6 min konteyner yox, 10 min 800 konteyner var. Və hamısı qanuni yolla gətirilib. 

Bundan sonra onlar dedilər ki, guya bütün bu malların hamısı saxtadır və utilizasiya etmək lazımdır. Onların cəlb etdiyi texnika ilə o qədər malı utilizasiya etmək üçün 30 il vaxt lazım idi, onlar isə il yarım ərzində guya utilizasiya etdilər. Əslində isə malları “furalarla” daşıyıb başqa bazarlarda satırdılar. Məndə materiallar var, malları necə daşıyırlar”.

“Deyilənə görə bütün bunlara görə 5,5 milyard dollar itirmisiniz” sualına T. İsmayılov belə cavab verib: “Ola bilsin daha çox. Çünki hər şeyi məhv etdilər”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!