“Məmurlar tormoz rolu oynayır” - Hafiz Hacıyev

saytların hazırlanması

Evə çatdırılma

“Məmurlar tormoz rolu oynayır” - Hafiz Hacıyev

Siyasət

13 Fevral 2019 21:07 1255


 “İlham Əliyev xalqının yanında olduğunu bir daha sübut etdi. Real TV-yə verdiyi müsahibəsində də öz mülahizələrini açıq şəkildə bildirdi. Prezident təkbaşına siyasət aparır. Təəssüf ki, onun komandası xalqın yanında deyil”.

Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Yeni Sabah”a açıqlamasında deyib. O bildirib ki, məmurlar ölkə başçısının tapşırıqlarına əməl etmir:

“İlham Əliyev hər zaman “məmurlar  xalqın qulluqçusu olmalıdır” desə də,  heç biri buna əməl etmir. Bu gün  rayonlardan bizə kifayət qədər şikayətlər daxil olur. Ölkə başçısının televiziyadakı müsahibəsi bir daha  sübut etdi ki, o, xalqı ilə birlikdədir. Lakin tapşırıqlar real həyatda yerinə yetirilmir. Korrupsiyanın kökü kəsilməli olduğu halda, getdikcə artır. Məsələn, bu gün Ağsuda aztəminatlı ailələrə müavinət verməkdən ötrü rayonun məmuru 2000 manat alır. Dövlət Sosial Müdafiə Fondunun Ağsu şöbəsində vəzifədə olan Akif Xəlilov bunu edir. Çalışacam ki, bu məsələni ingilis dili bilən, yeni nazirə deyim. Zəhmət çəksin, Rusiyada yaşayan, Azərbaycan vətəndaşı olmayan insanlara sosial təminat verildiyini izah etsin. Sezar pizza

 Prezident çalışır ki, bu məsələlər aradan qaldırılsın, amma məmurlar buna imkan vermir. İlham Əliyev ciddi addımlar atmaq ərəfəsindədir. Komandası isə atılacaq addımlarda böyük tormoz rolu oynayır. İstəyirlər ki, prezidentin qərarları, tapşırıqları həyata keçməsin. Bu da mümkün olmayacaq. Biz də partiya olaraq dövlət başçısının çağırışlarının yanındayıq”.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!