“İnsanlarda bu qədər neqativlik olmasının səbəbləri sosial vəziyyətin yerində olmamasıdır”.
Bunu “Yeni Sabah” a müğənni Flora Kərimova bildirib. O, deyib ki, vətəndaşları incidən məmurlar cəzasız qalır:
“Maaşlara, qiymətlərə, alınan rüşvətə, təzyiqlərə, yalanlara baxın! Bunlar hər yerdədir. Bir ölkənin ki qazisi qapıdan qovulur, onu qovan adam da buna görə cəzasız qalırsa, nəticə necə olmalıdır ki?! pizza mizza
Hər şeyə prezident nəzarət etməli deyil. O, məmurları inanaraq vəzifəyə təyin edib. Məmurlar belə qanunsuz hərəkətləriylə prezidentə inamsızlıq formalaşdırır. Vətəndaşları ona qarşı qaldırırlar.
Məmur prezidentin nümayəndəsidir. Onlara vətəndaşları incitməmək tapşırığı verilib. Mən olsaydım, hamının gözünün qabağında elə cəzalar verərdim ki, harınlamış məmurlar sadə xalqı incidə bilməzdilər. Axı, sən niyə öz millətinin nümayəndəsini incitməlisən?!”.
İnsanların aqressiyadan xilas olmasında ailə psixoloqlarının hansı rolu oynaya biləcəyi haqda suala gəldikdə Flora Kərimova deyib ki, psixoloq bundan zərər çəkənlə danışa bilər, özünəqəsd etməmək barədə məsləhətlər verə bilər: “Psixoloq situasiyanı dəyişmir, dəyişə də bilməz. Çünki psixoloq zərərçəkənin şüuruna təsir etmək istəyir. Psixoloq hansısa məmurun vətəndaşın qayğısına qalmasını təmin edə bilmir. Vətəndaşları əzənlərin özlərinə psixoloq lazımdır. Onlar cəzasız qaldıqları üçün belə hərəkətlərinə davam edirlər.
“Dəmir Yumruq” xarici siyasətlə məşğul olsun, yoxsa bu işinibilməzlərləmi?! Vətəndaşları incidənlərin əmlaklarını müsadirə eləsələr, incitdikləri vətəndaşlara paylasalar, belə qanunsuzluqlar da olmaz. Təəssüflər olsun ki, bu, edilmir. Bəlkə, ağıllarına gəlmir deyə eləmirlər?! Əgər, bunu etsələr, insan hüquqlarından danışacaqlar. Bu tiplər yalan danışaraq, vətəndaşları incidərək hər addımlarına bəraət qazandırmağa çalışırlar. Buna prezident neyləsin?! Prezident xarici siyasətləmi məşğul olsun, ya içimizdəki düşmənlərlə?!
Mənim bunu dəyişməyə gücüm çatmır. Bunlar harınlayıb. Sən niyə öz millətinin nümayəndəsini incitməlisən?!”.
İmamət İSMAYILOVA
Telegram kanalımız