Məmurun Bakıda “şokolad vannası”ndan   Fotosu

saytların hazırlanması

Evə çatdırılma

Məmurun Bakıda “şokolad vannası”ndan Fotosu

Siyasət

16 Sentyabr 2019 15:44 1304


Rusiyanın Ulyanovsk vilayətinin İT-korporasiyasının rəhbəri Svetlana Openışeva Azərbaycanda “şokolad vannası”ndan paylaşdığı fotoya görə müzakirələrə səbəb olub.

"Yeni Sabah"ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, o, Naftalandakı beşulduzlu otellərin birində müalicə məqsədli şokalad rəngində maye ilə dolu vannadan çəkdirdiyi “selfie”ni "Instagram" hesabında paylaşaraq “Çox şokolad olmur” şərhini yazıb. Məmurun bu paylaşımı əksər izləyiciləri tərəfindən tənqid olunub.

Baş vermiş qalmaqal fonunda Ulyanovsk qubernatoru Sergey Morozov açıqlama verib. O, Openışeva barəsində xidməti araşdırma aparmağa dair tapşırıq verdiyini, onun lüks həyatı nümayiş etdirdiyinə görə işdən çıxarıla biləcəyini bəyan edib. pizza

“İstənilən qeyri-təvazökarlığın qarşısı alınacaq. Bir çoxlarının xaricə getməyə imkanı yoxdur. Amma mən baxıram xanım Openışevanın bacarığına, qərara almışam ki, xidməti araşdırma aparılsın. Daha təvazökar olmaq lazımdır. Öz maddi imkanlarını belə nümayiş etdirmək düzgün deyil”, - deyə qubernator bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!