“Mən artıq ölümün astanasındayam”   – Əməkdar artist

saytların hazırlanması

Evə çatdırılma

“Mən artıq ölümün astanasındayam” – Əməkdar artist

Mədəniyyət

09 İyul 2020 13:09 897


Həyat yoldaşını itirəndən sonra tək yaşadığını deyən Əməkdar artisti Süleyman Abdullayev (Dədə Süleyman) yaşadığı həyatdan narazı olmadığını bildirib. 

Yenisabah.az xəbər verir ki, muğam ustası Moderator.az-a açıqlamasında koronavirusdan qorxmasa da özünü qoruduğunu və insanları da qaydalara riayət etməyə çağırıb:

“Mən artıq ölümün astanasındayam və koronavirusdan elə qorxum yoxdur. Özüm Allah adamıyam. Amma bütün bunlara baxmayaraq yenə də özümüzü qorumalıyıq. Müsəlman nədənsə ehtiyat etməlidir. Məsələn, uşaqlar müəllimdən və ya valideyndən çəkinməsə tərbiyyəsiz olurlar. İndiki uşaqlar gedib müəllimdən siqaret istəyir və bunu da biz azadlığa çıxandan sonra gördük. Bizim vaxtımızda elə bilirdik müəllim yemək yemir. Azadlığın fəsadları çoxdur. Bizdə adamlara azadlıq verəndə Koroğlu metrosunun üstündə körpüyə çıxıb özünü atmaq istəyir. Amma anlamır ki, azadlıq başqa şeydir.  Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!