“Mən buradayam, heç birimiz silahları yerə qoymayacağıq” – Zelenski video paylaşdı 

saytların hazırlanması

Evə çatdırılma

“Mən buradayam, heç birimiz silahları yerə qoymayacağıq” – Zelenski video paylaşdı 

Siyasət

26 Fevral 2022 10:23 1068


Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukrayna Rusiyanın təcavüzlərinə qarşı müdafiəni dayandırmayacaq. Bununla bağlı o, həmvətənlərini saxta təbliğatlara inanmamağa çağırıb.

Yenisabah.az "Ukrinform"a istinadla xəbər verir ki, bu barədə dövlət başçısının bu gün səhər "Telegram" kanalında yaydığı yeni videomüraciətində deyib. O, çəkdiyi videonu Kiyevdəki Prezident ofisinin qarşısında lentə alıb:

"Sabahınız xeyir, ukraynalılar. İndi internetdə çoxlu saxta məlumatlar peyda olub, guya mən ordumuzu silahı yerə qoymağa çağırıram və evakuasiya gedir.  pizza hut

Deməli, belə. Mən buradayam, heç birimiz silahları yerə qoymayacağıq. Biz dövlətimizi müdafiə edəcəyik, bura bizim torpağımızdır, ölkəmizdir və övladlarımızındır. Biz isə bütün bunları qoruyacağıq", - deyə dövlət başçısı əmin edib.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!