Türkiyəli yazar Gökalp Kayacan Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəy haqqında yazıyla türk mediasında çıxış edib.
O, yazının girişində Ə.Elçibəyin doğulduğu yer, valideynləri haqqında məlumat verib. Bundan sonra yetim qalan Elçibəyin qiraətlə məşğul olduğu və “kitab qurdu” ləqəbi qazandığını vurğulanıb.
“Yeni Sabah” yazını təqdim edir. pizza mizza
“Ə.Elçibəy Bakı Dövlət Universiteti, Şərq dilləri İnstitutu, Ərəb Dili və ədəbiyyatı fakültəsində təhsil alıb və universiteti dərəcə ilə bitirib. Əsl adı Əbülfəz Qədrqulu oğlu Əliyev olan Elçibəy 1963-1964-cü illərdə Misirin paytaxtı Qahirə şəhərində mütərcim kimi çalışıb. Sonra vətəninə qayıdaraq siyasətçi olmağı üstün tutub. 1970-ci ildən etibarən Azərbaycanın azadlığı üçün qanuni şəkildə mübarizəyə başlayıb. Şimali və Cənubi Azərbaycanın birləşməsi və Dağıstan-Gürcüstan-Ermənistanda olan türk torpaqlarının Azərbaycana birləşdirilməsinin təmin edilməsi üçün çalışıb.
Elçibəyin ilk siyasi fəaliyyəti milyonlarla Azəri türkünün İran hüduduna etdiyi tarixi yürüşə başçılıq etməsidir. Bu nümayiş üçün Naxçıvan və Həştərxandan hərəkətə keçən soydaşlarımızın “Yaşasın Təbriz-Bakı” şüarı ilə sərhəd xəttini keçməsinə rus əsgərləri və İran qüvvələri mane ola bilməmişdi.
“Turan yolu, bir və bütün Azərbaycandan keçər” strategiyası ilə hərəkət etdiyi, bunun geniş vüsət almasına görə, 1 il 6 ay KQB zindanlarına həbs olunub və insaniyyətin əsla qəbul etməyəcəyi işgəncələrə məruz qalıb.
“Sərbəst buraxıldıqdan sonra çox əziyyət gördüm, lakin heç birinə yanmıram, bir Atatürk nişanım vardı, onu aldılar. Buna görə hələ də ürəyim sızlayır" demişdi. Son nəfəsə qədər "Azərbaycan bir olsun, istəməyən kor olsun" və "Azadlıq taleyimiz, Turan qayəmizdir" qənaətindən dönməyən Əbülfəz Elçibəy 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AHCP) lideri olub”.
Yazıda Qırmızı Ordunun 19 yanvar 1990-cı ildə Bakıya girməsindən, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından söz açılıb.
“Məhəmməd Əmin Rəsulzadənin liderliyi ilə təsis edilən Demokratik Azərbaycan Respublikasının 27 aprel 1920-ci ildə Moskvanın müdaxiləsi nəticəsində dağıdılması hələ də yaddaşlardadır. Yenə bənzər metodlar ilə Vəzirova zərbə vurulub və yerinə Kremlinin adamı Ayaz Müttəlibov gətirilib.
"Sən Türk olduğunu unutsan da düşmənin əsla unutmaz" şüuru ilə hərəkət edən Elçibəy 1990-ci ilin sonuna doğru vətəndaşlarına xitab olaraq “Azərbaycan bayrağında oraq və çəkic simvollarını istifadə etməyin” çağırısı edib. Buna alternativ olaraq Rəsulzadədən feyz alaraq "Bir kərə yüksələn bayraq, bir daha enməz" şəklində nitq söyləyib və Demokratik Azərbaycan Respublikasının bayrağının istifadə edilməsini məsləhət verib. 1991-ci ildə Rusiya tərəfdarı olan Etibar Məmmədov və Rəhim Qazıyev Azərbaycan Xalq Cəbhəsi daxilində Elçibəyə müxalif qeyri- milli bir qrup təşkil edib. Bu vaxt Elçibəy Qarabağın azadlığı məsələsinə fokuslanmışdı və fövqəladə məsələlərə vaxt ayırmayacaq qədər məşğul idi. İgid Elçibəy 23 avqust 1991-ci ildə Bakıda tərtib edilən mitinqdə Kommunist Partiyanın ləğv edilməsini və Qarabağın Azərbaycana qaytarılmasını tələb etdiyi üçün KQB tərəfindən linçə məruz qalıb. 18 oktyabr 1991-ci ildə istiqlalını rəsmi olaraq elan edən Azərbaycanın ilk prezidenti Ayaz Müttəlibov olub”.
Yazar həmin müddətdə Xocalı faciəsinin baş verməsindən söz açıb və bildirib ki, millətini müdafiə etməkdə aciz olan Mütəllibov istefa verib. Yerini Yaqub Məmmədova buraxıb.
“Elçibəy 7 iyun 1992-ci il seçkilərində etibarlı səslərin yüzdə 60-nı qazanaraq dövlət başçısı seçilib və ilk iş olaraq Türkiyənin yardımı ilə Milli Ordu qurub.
Elçibəy 1993-cü ildə rus tərəfdarlarının təşkil etdiyi qiyamdan sonra Kələkiyə getdi. Bir müddət sonra Bakıya getmək istəsə də onun mühafizəçiləri olan təyyarəyə atəş açıldığı üçün bu cəhddən imtina etdi. Azərbaycan siyasətə nəzarət edən agentlərin türk millətçiləri üçün sui-qəsdlər başlatdıqları və xaotik hökmranın dominant olduğu bir ölkə halına gəldi. Bozqurd Əbülfəz Turanın tərk edilməsinə dözümsüzdü və buna görə, 1995-ci ildə Ankaraya gəldi. Burada brifinq keçirildi və sonra Bakıya qayıtdı.
Başbuğ Alparslan Türkeş “övladım gəlsin” təlimatını verdi! Təxminən 2 saat sonra "Türk dövlətinin oğlu" Abdullah Çatlı Başbuğdan əmr alaraq Bakıya gedib. Çatlı Bakıda OMON birlikləri komandanı Rövşən Cavadov ilə birlikdə Turan qiyamını planlayıb, lakin zaman və zəmin əlvermədiyi üçün buna müvəffəq ola bilməmişdi.
Bozqurd Elçibəy bütün həyatını türk aləminin ittifaq və ittihadı üçün mübarizə aparıb. Bu istiqamətdə "Bütün Azərbaycan yolunda" adlı kitab nəşr etmişdi. Gülhanədə bir müddət müalicə almasına baxmayaraq, şəfa tapa bilməyib və 22 avqust 2000-ci ildə haqqa qovuşub. Ruhu şad və Məkanı cənnət olsun.
Qəhrəman Elçibəydən sitat olaraq: "Türk deyiləm deyənə qarşı əsla israr etməyin, Cənabı Allahın bəxş etdiyi şərəfi qəbul etməyən şərəfsizlərə, zorla şərəf verməyin!”.
Telegram kanalımız